"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı” adlı layihənin icrasına başlayıb

--2015-06-11 / 15:37

Humanitar Tədqiqatlar ictmai Birliyi 2015-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı” adlı layihənin icrasına başlayıb.

Layihənin əsas məqsədi Azərbaycanın Ermənistanla sərhəd kəndlərində yaşayan insanların təhlükəsiz yaşamasını təmin edən proseslərin qiymətləndirilməsi, onlara təhlükəsiz yaşamaq üçün məlumatların verilməsi və icma potensialının artırılmasına dəstək göstərilməsindən ibarətdir.

Humanitar Tədqiqatlar ictmai Birliyinin sədri əvəz Həsənovun sözlərinə görə, layihə çərçivəsində əhaliyə minalanmış ərazilərdən özlərini qorumaları üçün təlimatlar və bu məqsədlə kəndlərin giriş və çıxışında, ictimai yerlərdə lövhələrin yerləşdiriılməsi nəzərdə tutulur. Eyni zamanda yerli icma fəalları ilə kənddə atəşdən qorunmaq və fəsadların azaldılmasına nail olmaq üçün məsləhət görüşlərinin keçirilməsi və sərhəd kəndlərin əhalisinə atəşdən özlərini qorumaları üçün məlumat vərəqələrinin çap olunaraq paylanması planlaşdırılır.

2015-ci ilin noyabr ayının sonuna qədər davam edəcək layihə Qazax və Tovuz rayonunun sərhəd kəndlərində yaşayan əhalinin ehtiyaclarının öyrənilməsi və onların öz bacarıqlarının artırılması üçün əhəmiyyətli addım ola biləcəkdir.

P.S. Humanitar Tədqiqatlar ictimai Birliyi (2015-ci il May ayına kimi Humanitar Tədqiqatlar Cəmiyyəti tanınan) 2000-ci ildə AR ədliyyə Nazirliyində qeydə alınmış, münaqişələrin həlli və insan hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatıdır.

Belediyye.info

ŞƏRHLƏR